"Trabzonspor" heyətini niderlandlı futbolçu ilə gücləndirir.
"Trabzonspor" kulubunun niderlandlı futbolçu Devi Klassen transferində maraqlı olduğu bildirilib.
Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi "İnter"lə yollarını ayırmaq istədiyini deyib.
İtaliya kulubu "Trabzonspor" rəhbərliyi ilə masa arxasına əyləşməyi qəbul edib və transferin gerçəkləşməsində problem yaratmayacağını bildirib.
Qeyd edək ki, Devi Klassen bu mövsüm "İnter" forması ilə çıxdığı 11 oyunda 1 qolla yadda qalıb.