"Trabzonspor" "Sevilya"nın futbolçusunun transferində maraqlıdır

"Trabzonspor" "Sevilya"nın futbolçusunun transferində maraqlıdır.

Sportline.az Fotomaç.com.tr-yə istinadla xəbər verir ki, "bordo-mavilər" 29 yaşlı ispaniyalı yarımmüdafiəçi Oliver Torresi transfer etmək istəyirlər.

Komanda rəsmiləri "Sevilya" klubu ilə danışqlara başlayıblar və ilk təkliflərini göndəriblər.

Qeyd edək ki, Oliver Torres bu mövsüm çıxdığı 34 oyunda cəmi 2 asistlə yadda qalıb.