"Trabzonspor"dan afrikalı ulduza təklif

"Trabzonspor" yeni mövsümə iddialı başlamaq istəyir.

Sportline.az xəbər verir ki, Qara dəniz təmsilçisi bunun üçün transfer hazırlıqlarına start verib.

Trabzon klubu Misirin "Əl-Əhli" komandasının afrikalı hücumçusu Persi Taunu heyətinə qatmaq niyyətindədir.

Cənubi afrikalı futbolçu "Əl-Əhli"də çıxdığı 25 matçda 7 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.