"Trabzonspor"dan sərt "Fənərbağça" açıqlaması: "Bu iyrənclik və rəzillikdir"
"Trabzonspor" Samet Akaydının Trezegenin qol sevinci əsnasında ona tüpürməsinə sosyal mediada sərt qarşılıq verib.
Sportline.az Gola.coma istinadla xəbər verir ki, "Fənərbağça"nın futbolçu bu xəbərin doğru olmadığını və belə hərəkət etmədiyini açıqlayıb: "Sosial mediada tamamən manipulasiya edilərək ortaya atılan əxlaqsız yanaşmaları qınayıram".
Ona qarşılıq olaraq isə “Trabzonspor” klubundan belə cavab verilib : Trezeqgenin qol sevinci sonrasında səcdəyə gedərkən Samet Akaydın dönərək futbolçunun üstünə tüpürməsi rəzillik və iyrənclikdir”.
Qeyd edək ki, mayın 18-də "Şükrü Saracoğlu" stadionunda keçirilən görüşdə Fənərbağça Trabzonsporu 3-1 hesabı ilə məğlub etmişdi.