"Trabzonspor"u məşhur mütəxəssis çalışdıra bilər

Son Türkiyə çempionu “Trabzonspor” yeni baş məşqçi axtarışındadır.

Sportline.az  “61saat” qəzətinə istinadla xəbər verir ki, “göy-qırmızılar” komandanın sükanı arxasına xorvatiyalı Slaven Biliçi gətirmək niyyətindədirlər.

Qeyd edək ki, Slaven Biliç daha öncə Türkiyədə “Beşiktaş” klubunu çalışdırıb.