"Traktor"dan daha bir qələbə

İran çempionatında 16-cı tura start verilib.

Sportline.az xəbər verir ki, Cənubi Azərbaycanı təmsil edən "Traktor" "Naft MİS"i qəbul edib. Matç Təbriz klubunun 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, "Traktor" hazırda  turnir cədvəlində 24 xalla 6-cı pillədə qərarlaşıb.