“Traktor”dan inamlı qələbə

İran çempionatında 10-cu turun oyunları keçirilib.

Sportline.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi “Traktor” da növbəti matçına çıxıb.

Təbriz klubu doğma meydanda “Naft MİS”lə qarşılaşıb və 2:0 hesablı qələbə qazanıb. Qolları Reza Dehgani (16) və Saman Nərimancahan (90+20 vurub.

“Traktor” 10 turdan sonra 11 xalla 16 kollektiv arasında 9-cu pillədə qərarlaşıb.