"Trabzonspor"un yeni çalışdırıcısı müəyyənləşdi

“Trabzonspor” yeni çalışdırıcı ilə anlaşıb. 

Sportline.az Sabah qəzətinə istinadla xəbər verir ki, “Trabzonspor” Andrea Pirlo ilə razılığa gəlib.

Qara dənizlilər italiyalı mütəxəssisi mövsümün qalan hissəsi və gələn sezon komandanın sükanı arxasında görmək istəyirlər.

Qeyd edək ki, Andrea Pirlo hazırda "Fatih Karagümrük"ün baş məşqçisidir.