Trent Aleksander-Arnold İspaniya nəhənginin hədəfində
"Real" "Liverpul"un futbolçusu Trent Aleksander - Arnoldun xidmətində maraqlıdır.
Sportline.az xəbər verir ki, madridlilər artıq onun agentləri ilə əlaqəyə giriblər.
Bu haqda "Relevo" məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, "Real" ingiltərəli müdafiəçini gələn yay transfer etmək niyyətindədirlər.
Klub rəhbərliyi Trentin keçidində onun dostu Cud Bellingemin müsbət rol oynayacağına ümid bəsləyir.
Qeyd edək ki, Aleksander-Arnold bu mövsüm meydana çıxdığı 8 oyunda iki məhsuldar ötürmə ilə fərqlənib.
Transfermarkt portalında onun dəyəri 70 milyon avrodur.