Trubin “Benfika”nı tərk edə bilər

“Benfika”nın qapıçısı Anatoli Trubin qış transfer pəncərəsində İngiltərə klublarından birinə keçə bilər.

Sportline.az xəbər verir ki, bu haqda "Fichajes" nəşri məlumat yayıb.

Bu mövsüm 24 yaşlı qapıçı “Benfika” ilə 24 oyunda meydana çıxıb, 20 qol buraxıb və 13 dəfə qapısını toxunulmaz saxlayıb.