Tufan Sadıqov baş məşqçi istefasının səbəbini açıqladı

Rusiyanın "Ximki" klubunun sahibi Tufan Sadıqov baş məşqçi Spartak Qoqniyevin istefaya göndərilməsinə münasibət bildirib.

Sportline.az xəbər verir ki, azərbaycanlı iş adamı "sport-express"ə açıqlamasında səbəbi komandanın uğursuz çıxışı ilə əlaqələndirib: "Nəticəni nəzərə almasaq pozitiv neqativdən çoxdur. Əslində pis komanda formalaşdırmamışdı. Amma, nəticə hər şeydən öndə dayanır. Həm idmanda, həm də həyatda".

Qeyd edək ki, Premyer Liqanın son turunda "Krasnodar"a 0-6 hesabı ilə uduzan "Ximki" baş məşqçisi Spartak Qoqniyevlə yolları ayırıb.