Tur "Qarabağ"ın qələbəsilə başladı
Bu gün Azərbaycan Premyer Liqasında 11-ci tura start verilib.
Sportline.az xəbər verir ki, ilk oyun günündə 1 matç keçirilib. Lider "Qarabağ" "Keşlə"ni qəbul edib. "Azərsun Arena"da oynanılan görüşdə Ağdam təmsilçisi 1:0 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, turun digər matçları 20-21 noyabr tarixlərində keçiriləcək.
19 noyabr (cümə)
19:00. “Qarabağ” – “Keşlə” - 1:0
Qol: Ramil Şeydayev, 49
Hakimlər: Kamal Umudlu, Müslüm Əliyev, Kamran Bayramov, Kamranbəy Rəhimov
Azersun Arena
20 noyabr (şənbə)
16:00. “Zirə” – “Səbail”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Nicat İsmayıllı
Zirə İdman Kompleksinin stadionu
18:15. “Neftçi” – “Sabah”
Hakimlər: Rəvan Həmzəzadə, Namiq Hüseynov, Cəmil Quliyev, Fərid Hacıyev
Bakcell Arena
21 noyabr (bazar)
16:00. “Qəbələ” – “Sumqayıt”
Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Vüsal Məmmədov, Tural Qurbanov
Qəbələ şəhər stadionu
| N | Klublar | O | Q | H | M | T-F | X |
| 1 | Qarabağ | 11 | 8 | 2 | 1 | 23-7 | 26 |
| 2 | Qəbələ | 10 | 5 | 3 | 2 | 18-11 | 18 |
| 3 | Neftçi | 10 | 5 | 2 | 3 | 18-16 | 17 |
| 4 | Zirə | 10 | 4 | 4 | 2 | 15-11 | 16 |
| 5 | Sumqayıt | 10 | 3 | 2 | 5 | 7-12 | 11 |
| 6 | Keşlə | 11 | 3 | 1 | 7 | 11-19 | 10 |
| 7 | Səbail | 10 | 3 | 0 | 7 | 8-20 | 9 |
| 8 | Sabah | 10 | 2 | 2 | 6 | 12-16 | 8 |
Bombardirlər:
Davit Volkov ("Zirə") - 8 qol
Filip Ozobiç ("Qarabağ") - 6 qol
Abdullah Zubir ("Qarabağ") - 4 qol
Ülvi İsgəndərov ("Qəbələ") - 4 qol
İsnik Alimi ("Qəbələ") - 4 qol
Tiaqo Bezerra ("Neftçi") - 4 qol
Musa Qurbanlı ("Qarabağ") - 4 qol