"Turan Tovuz" Ayxan Abbasovla müqaviləni uzatdı

"Turan Tovuz" baş məşqçisi Ayxan Abbasovla müqaviləni uzadıb.

Sportline.az xəbər verir ki, Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Abbasovla sözləşmə 2026-ci ilin yayına qədər uzadılıb.

Mütəxəssis mövsümün əvvəlindən "Turan Tovuz"u çalışdırır. Komanda çempionatda 25 turdan sonra 26 xalla 6-cı sıradadır.

Banner