"Turan Tovuz" "Kəpəz"ə aman vermədi

“Kəpəz”in əvəzedici komandası yoxlama oyununda qüvvəsini sınayıb. SportLine.az xəbər verir ki, Gəncə təmsilçisi “Turan Tovuz”la üz-üzə gəlib.

I Divizionun çempionuna qarşı matç əvəzedicilərin 3:0 hesablı məğlubiyyəti ilə yekunlaşıb. 

Qeyd edək ki, bu komandalar arasında iki gün öncə Tovuzda keçirilən oyun 2:2 hesablı bərabərliklə nəticələnib.