"Turan Tovuz" legioneri ilə müqaviləni uzatdı

"Turan Tovuz" futbolçusu Denis Marandiçi ilə müqaviləni uzadıb.

Sportline.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Moldovalı müdafiəçi ilə 1+1 illik müqavilə imzalanıb.

26 yaşlı futbolçu bu mövsüm Premyer Liqada 9 oyunda 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Banner