"Turan Tovuz" Panama millisinin üzvünü heyətinə qatdı

"Turan Tovuz" heyətini yeni futbolçu ilə gücləndirib.

Sportline.az xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Tovuz klubu panamalı Roderik Millerlə anlaşılıb. 31 yaşlı müdafiəçinin sözləşməsinin detalları hələlik açıqlanmayıb.

Qeyd edək ki, Panamanın U-20 və U-23 yığmalarında da oynamış Roderik ölkəsinin əsas yığmasında 33 oyun keçirib, 1 qol vurub. O,  O, Meksikanın “Venados”, Kolumbiyanın “Atletiko Nasional”, Portuqaliyanın “Feyrense”, Qazaxıstanın “Okjetpes”, Perunun “Karlos Steyn” klublarında oynayıb.