"Turan Tovuz" Rumıniya klubuna qarşı
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Turan Tovuz" bu gün ilk yoxlama oyununu keçirəcək.
Sportline.az xəbər verir ki, Ayxan Abbasovun komandası Rumıniyanın "Petrolul" klubu iıə qarşılaşacaq.
Oyun Bakı vaxtı ilə saat 16:00-da başlayacaq. "Petrolul" hazırda Rumıniyanın yüksəl liqasında 30 xlla 16 komanda arasında 7-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, "Turan Tovuz" yanvarın 13-də İsveçrənin “Aarau” klubu ilə üz-üzə gələcək. Antayla təlim-məşq toplanışında son oyun isə yanvarın 17-də Polşa “Qurnik“inə (Zabrje) qarşı olacaq. Komanda yanvarın 18-də hazırlığı başa vuraraq vətənə dönəcək.