"Sabah" "Zirə"yə qalib gəldi, "Turan Tovuz" - "Səbail" görüşündə heç-heçə

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında X turun daha 2 oyunu olacaq.

Sportline.az xəbər verir ki, günün ilk qarşılaşmasında 11 xalla 6-cı sırada qərarlaşan "Turan Tovuz" 8 xalla 1 pillə geridə olan "Səbail"i qəbul edəcək.

Komandalar arasında yeganə qarşılaşma cari mövsümə təsadüf edib. Bölgə təmsilçisi səfərdə 1:0 hesabı ilə qalib gəlib.

Turun digər oyununda "Zirə" "Sabah"ın qonağı olacaq. Murad Musayevin baş məşqçi olduğu meydan sahibləri hazırda 22 xalla 2-ci, Rəşad Sadıqovun rəhbərlik etdiyi qonaqlar isə 16 xalla 4-cü pillədə qərarlaşıblar.

İki komanda indiyədək ölkə çempionatında 16 dəfə qarşılaşıb. Bunların 7-də meydan sahibləri, 4-də qonaqlar qələbə qazanıb. 5 oyun heç-heçə başa çatıb. Topların nisbəti də "Sabah"ın xeyrinədir - 25:21.

Tərəflər arasındakı son 7 görüşdə ən azı 2 qol qeydə alınıb. Ardıcıl iki dəfə eyni hesabla uduzan “Zirə” son 8 oyunda meydanı qolsuz tərk etməyib.

Azərbaycan Premyer Liqası

15 oktyabr (şənbə)

15:00. “Turan Tovuz” – “Səbail” 2-2

QolRuni Eva, 9-pen (1:0), Mazurek, 12 (1:1), Okebuqvu Henri, 32 (2:1), Ağabala Ramazanov, 54 (2:2)

Hakimlər: Kamal Umudlu, Rəhman İmami, Vüsal Məmmədov, Kamranbəy Rəhimov

Hakim-inspektor: Babək Quliyev

Tovuz şəhər stadionu.

17:30. “Sabah” – “Zirə” 1-0

Qol: Emmanuel Apeh, 72

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Cavid Cəlilov

Hakim-inspektor: Munis Abdullayev

“Bank Respublika Arena".

Qeyd edək ki, turun açılış oyununda "Şamaxı" evdə "Qəbələ" ilə heç-heçə edib - 1:1. Tura oktyabrın 16-da keçiriləcək "Kəpəz" - "Neftçi" və "Qarabağ" - "Sumqayıt" matçları ilə yekun vurulacaq.

Banner