"Turan Tovuz"un düşərgəsində maraqlı anlar
“Turan Tovuz"un yeni sponsoru "Huner Group"un təsisçisi Ehtiram Quliyev komandanın Misli Premyer Liqasının 23-cü turunda səfərdə "Sabah" üzərində qələbəsindən (2:0) sonra baş məşqçi və futbolçularla görüşüb.
Sportline.az xəbər verir ki, o, paltardəyişmə otağında qələbəni komandanın üzvləri ilə qeyd edib.
Xatırladaq ki, bu, "Turan Tovuz"un "Huner Group"la rəsmi əməkdaşlığından sonra ardıcıl 2-ci qələbəsidir. Bundan əvvəl komanda ölkə çempionatının 22-ci turunda "Kəpəz"ə 2:0 hesabı ilə qalib gəlmişdi.