AVRO 2024:Türkiyə-Çexiya oyununun hakimi müəyyənləşib
Türkiyə milli komandasının F qrupu çərçivəsində Çexiya ilə keçirəcəyi görüşün hakimi bəlli olub.
Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, ay-ulduzluların qrupdakı son matçını rumıniyalı İstvan Kovaç idarə edəcək.
Türkiyə bu qarşılaşmada ən azı 1 xal alacağı təqdirdə növbəti mərhələyə vəsiqəni təmin edəcək.
Çexiya seçməsi isə mütləq qələbə qazanmalıdır.
Qeyd edək ki, iyunun 26-da baş tutacaq görüş "Volksparkstadion"da keçiriləcək.