Türkiyə klubu Azərbaycan millisinin futbolçusu ilə bağlı paylaşım edib

Türkiyənin "Bursaspor" klubu futbolçusu Namik Ələskərovla bağlı paylaşım edib.

Sportline.az xəbər verir ki, sosial şəbəkə hesablarında 26 yaşlı yarımmüdafiəçinin Azərbaycan millisinin formasında fotosunu yayımlayan I liqa klubu İrlandiya yığmasına qarşı 2022-ci il dünya çempionatının seçmə matçında ona uğurlar arzulayıb.

Qeyd edək ki, bu gün Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - İrlandiya görüşü saat 20:00-da başlayacaq.