Türkiyə klubunda istefa
Andrea Pirlo "Fatih Karagümrük" komandasından ayrılır.
Sportline.az xəbər verir ki, bu haqda Super İstanbul klubunun rəsmi saytı məlumat yayıb.
Müqaviləsinin müddəti iyunda bitəcək italiyalı baş məşqçi ilə qarşılıqlı razılaşma əsasında yollar ayrılacaq.
Onun qitənin bir neçə klubundan təklif aldığı bildirilir.
Qeyd edək ki, "Fatih Karagümrük" 33 oyundan 44 xalla yarış cədvəlinin 9-cu pilləsində qərarlaşıb.