Türkiyə kuboku: "Fənərbağça" finaldan məhrum oldu
Türkiyə kubokunda növbəti finalçının da adına aydınlıq gəlib.
SportLine.az xəbər verir ki, "Fənərbaxça" - "Başakşəhər" görüşü gərgin anlarla yadda qalıb. Əsas vaxtda qalib müəyyənləşməyib - 2:2. İlk matç da bu hesabla yekunlaşdığından əlavə vaxta ehtiyac duyulub. Burada da tərəflər qalibi müəyyən edə bilmədiyindən penaltilər seriyası məsələyə aydınlıq gətirib. Futbol lotoreyasında sevinən "Başakşəhər" adını həlledici görüşə yazdırıb.
“Fənərbaxça” – “Başakşəhər” – 2:2 (penlatilər – 12:13)
Qollar: Əmrə Bəlözoğlu, 42 (0:1), Musa Sou, 71 (1:1), Samuel Holmen, 86 (1:2), Ozan Tufan, 87 (2:2)
Finalda rəqib "Konyaspor" olacaq.