Türkiyə kuboku: İlk finalçı müəyyənləşdi

Türkiyə kubokunda mübarizə sona yaxınlaşmaqdadır.

SportLine.az xəbər verir ki, artıq ilk finalçının adı müəyyənləşib. Doğma meydanda "Kasımpaşa"nı üstələyən "Konyaspor" həlledici matçda vəsiqə qazanıb.

“Konyaspor” - “Kasımpaşa” 2:0
QOLLAR: 
Bajiç, 18/p.; 57
İlk oyun: 2:3

Qeyd edək ki, digər finalçının adı "Fənərbaxça" - "Başakşəhər" duelində müəyyənləşəcək. Bu komandalar arasında ilk görüş 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.