Türkiyə millisində növbəti itki
AVRO 2024-də çıxışını davam etdirən Türkiyə milli komandası daha bir itki ilə üzləşib.
Sportline.az Trtspor.com-a istinadla xəbər verir ki, ötən gün keçirilən məşqdə zədələnən qapıçı Doğan Alemdarın sol dizin ön çarpaz bağında qopma aşkar edilib.
21 yaşlı qapıçı heyətdən kənarlaşdırılıb və onun əvəzinə "Başakşehir" forması geyinən Muhammed Şengezer dəvət edilib.
Qeyd edək ki, "Ay-ulduzlular"da daha əvvəl Cağlar Söyüncü və Ozan Kabak zədələnərək millinin düşərgəsini tərk etmişdi.
İrfan Can Kahveci isə zədəli olsa da heyətdə yer alır.