Türkiyə millisinin üzvü "Milan"ın hədəfində

Türkiyə millisinin futbolçusu Ozan Kabak karyerasını İtaliyada davam etdirə bilər.

Sportline.az La Reppublica nəşrinə istinadla xəbər verir ki, müdafiədəki problemlərin həlinə çalışan "Milan" onun xidmətində maraqlıdır.

Milanlıların artıq bununla bağlı "Hoffenhaym"la danışıqlara başladığı bildirilir.

İlkin məlumatlara görə Almaniya təmsilçisi Ozan üçün 10-13 milyon avro tələb edir.