Türkiyədə Super Kubokunun qalibi bəlli oldu
Türkiyə Super Kubokunun qalibi müəyyənləşib. SportLine.az xəbər verir ki, həlledici matçda son çempion - "Beşiktaş" və ölkə kubokunun qalibi - "Konyaspor" üz-üzə gəlib.
Gərgin keçən görüşdə qalib son dəqiqədə həll olunub. Skubiçin penaltidən vurduğu qol "Konyaspor"a qələbə qazandırıb.
06 avqust 2017
Türkiyə, Super Kubok
"Beşiktaş" - "Konyaspor" - 1:2
QOLLAR: Traore, 33 (0:1), Tosun, 77 (1:1), Skubiç, 90+1 (1:2)