Türkiyədə aldadılan Abdullah

Türkiyəyə özünə klub tapmaq üçün gedən keniyalı futbolçu Abdulselam İbrahim Abdullah aldadılıb.

Sportline.az DHA-ya istinadən xəbər verir ki, 19 yaşlı oyunçu özünü futbol agenti kimi təqdim edən şəxslər tərəfindən qarət olunub.

Onların arasında türkiyəli və afrikalı şəxslərin də olduqları bildirilir. Oyunçu həmin şəxslərə 5 000 ABŞ dolları ödəyib.

İlk olaraq, İstanbula gələn afrikalı futbolçunu özünü məşqçi kimi təqdim edən şəxs İzmirə, ardınca Denizliyə göndərib. O, 1 000 dollar verdiyi həmin şəxslə də əlaqə qura bilməyib.

Abdulselam hazırda İstanbulun "Yeşilköyspor" klubunda məşqlərini davam etdirir. O, bütün baş verənlərə baxmayaraq, bu ölkədə özünə klub tapmaq istədiyini söyləyib.