Türkiyədə oyunlara 50 faizədək azarkeş buraxılacaq

Türkiyə Futbol Federasiyası (TFF) oyunlarda iştirak edə biləcək azarkeşlərin sayını açıqlayıb.

Sportline.az TFF-nin rəsmi saytına istinadən xəbər verir ki, tribunların tutumunun 50 faizi dola biləcək.

Qeyd edək ki, 2020/2021 mövsümündə Türkiyə Super Liqasının oyunları azarkeşsiz keçirilib.