Türkiyədə prezident veloturuna start verilib
Türkiyədə velosiped idmanı üzrə prezident turu yarışları başlanıb.
Sportline.az xəbər verir ki, 55-ci dəfə keçirilən turnirdə iştirakçılar ilk mərhələdə İstanbuldan Tekirdağ şəhərinə qədər 156,7 kilometr məsafəni qət ediblər. Bütün rəqiblərindən üstün olan irlandiyalı Sem Bennet 3 saat 32 dəqiqə 34 saniyə nəticə ilə birinci olub.
Hollandiyalı velosipedçi Fabio Yakobsen ikinci pillədə qərarlaşıb. İlk üçlüyü isə avstraliyalı Kaleb Yuen tamamlayıb. Velosipedçilər ikinci mərhələdə Tekirdağdan Eceabad şəhərinə qədər 183,3 kilometr məsafədə yarışacaqlar.
Qeyd edək ki, velotura aprelin 21-də İstanbulda yekun vurulacaq. İştirakçılar ümumilikdə 993,4 kilometr məsafəni qət edəcəklər.