Türkiyəli ulduz Madrid klubunda

"Lester"in müdafiəçisi Çağlar Söyüncü karyerasını İspaniyada davam etdirəcək.

Sportline.az Nikolo Şkiranın "Tvitter" səhifəsinə istinadən xəbər verir ki, Türkiyə millisinin üzvü “Atletiko” ilə azad agent kimi müqavilə imzalayacaq. Müqavilə 2027-ci ilin yayına qədər qüvvədə olacaq.

Qeyd edək ki, Söyüncü bu mövsüm "Lester"in heyətində 6 oyuna çıxıb.