Tyerri Anridən maraqlı açıqlama

Məşhur fransalı futbol ulduzu Tyerri Anri maraqlı açıqlama ilə gündəmə gəlib.

Sportline.az xəbər verir ki, o, UEFA Çempionlar Liqasının "Mançester Siti" - "Real" görüşünün nəticəsinə münasibətini bildirərkən müdafiə futbolunun üstünlüyündən söz açıb.

"Müdafiə olunarkən oyuna nəzarət etmək olur. Deyə bilərlər ki, "Siti" məğlubiyyətə layiq deyildi. Amma, müdafiə oyunun tərkib hissəsidir. Hesab edirəm ki, ən yaxşı komanda müdafiə olunmağı bacaran komandadır", - deyə Anri fikrini X sosial şəbəkəsindəki "Madrid Xtra" səhifəsində bölüşüb.

Xatırladaq ki, Çempionlar Liqasının 1/4 finalının cavab matçında (1-1) penaltilər seriyasında 4-3 hesabı ilə qalib gələn "Real" "Siti"ni mübarizədən kənarlaşdırıb.