Üç futbolçu millinin heyətindən kənarlaşdırılıb
Milli komandamızın baş məşqçisi Canni De Byazi bu gün Avstriya seçməsi ilə AVRO:2024-ün oyunu üçün "23-lüy"ü müəyyənləşdirib.
Sportline.az xəbər verir ki, italiyalı mütəxəssis düşərgədəki 26 futbolçudan 3-nü heyətdən kənarlaşdırıb.
De Byazi Ceyhun Nuriyev ("Sabah"), Azər Salahlı ("Neftçi") və Rüstəm Əhmədzadənin ("Zirə") xidmətinə ehtiyac duymayıb.
Qeyd edək ki, Linz şəhərinin “Raiffeisen Arena” stadionunda keçiriləcək matçın start fiti Bakı vaxtı ilə saat 23:45-də səslənəcək.