Üçqat dünya çempionu Azərbaycanda ustad dərsi keçib
Azərbaycan Həndbol Federasiyasının təşəbbüsü ilə oktyabrın 8-də “AHF Arena”da “İdman iteraktivi. Həndbol” adlı layihə çərçivəsində ustad dərsləri keçirilib.
Sportline.az-a AHF-dən verilən xəbərə görə, Rusiya Federasiyasının idman ustası, 3 qat dünya çempionu, olimpiya oyunlarının gümüş mükafatçısı, Çempionlar Liqasının və Kuboklar kuboku turnirinin qalibi Emiliya Tureyin apardığı dərslərdə paytaxtda fəaliyyət göstərən idman məktəblərinin həndbolçuları iştirak ediblər.
Təcrübəli mütəxəssis ən populyar idman növlərindən sayılan həndbolun sadə sirrlərini, daha böyük maraq doğuran və həvəs oyadan məqamlarını uşaqlarla bölüşüb.
Qeyd edək ki, “İdman interaktivi. Həndbol” layihəsi hərəkət fəallığını yüksəltməklə yanaşı, gündəlik stressi azaltmaq və fəal həyat tərzininin təbliği ilə özünü yenilikçi təcrübə kimi təsdiqləyib.