UEFA Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqası Azərbaycanın iki kanalında yayımlanacaq

UEFA Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqası Azərbaycanın iki kanalında yayımlanacaq.

Sportline.az xəbər verir ki, bu barədə İctimai Televiziyanın (İTV) İdman Departamentinin rəhbəri Kənan Hakimov məlumat verib.

Onun sözlərinə görə, avrokubok matçları "CBC Sport"la yanaşı, İctimai TV-də də göstəriləcək.

Qeyd edək ki, "Qarabağ" klubu UEFA Avropa Liqasının Liqa mərhələsində mübarizə aparır.