UEFA Çempionlar Liqasında 1/8 finalın püşkü atılır

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılacaq.

Sportline.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək tədbirə Bakı vaxtı ilə saat 15:00-da başlanacaq.

Püşkatmada qrup mərhələsini adlamış 16 komanda iştirak edəcək. Qrup qalibləri səpələnmişlər, ikinci yerin sahibləri səpələnməmişlər səbətində qərarlaşıb. Eyni qrupda oynayanlar, eyni ölkə təmsilçiləri bu mərhələdə bir-birinə rəqib ola bilməzlər.

Səpələnməmişlər qrupunda yer alan komandalar ilk matçlarını səfərdə keçirəcəklər. 1/8 finalın ilk görüşləri 2022-ci il 15-16 və 22-23 fevralda, cavab qarşılaşmaları 8-9 və 15-16 martda oynanılacaq. 

UEFA Çempionlar Liqası

1/8 final mərhələsi

 

Səpələnmişlər

Ayaks (Niderland)

Bayern (Almaniya)

Liverpul (İngiltərə)

Lill (Fransa)

Mançester Siti (İngiltərə)

Mançester Yunayted (İngiltərə)

Real (İspaniya)

Yuventus (İtaliya)

 

Səpələnməmişlər

Atletiko (Madrid, İspaniya)

Benfika (Portuqaliya)

Vilyarreal (İspaniya)

Zalsburq (Avstriya)

İnter (İtaliya)

PSJ (Fransa)

Sportinq (Portuqaliya)

Çelsi (İngiltərə)