UEFA Çempionlar Liqasında həftənin oyunçusu adına namizədlər açıqlanıb

UEFA Çempionlar Liqasında qrup mərhələsinin III tur oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub.

Sportline.az xəbər verir ki, bu ada Avstriya "Zaltsburq"undan Noa Okafor, Niderland "Ayaks"ından Deyli Blind, İngiltərə "Liverpul"undan qapıçı Alisson Beker və Portuqaliya "Sportinq"indən Sebastyan Koates iddia edir.

Qeyd edək ki, qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasında səsvermədən sonra bəlli olacaq.