UEFA-dan Əliyar Ağayevə dəvət
UEFA Əliyar Ağayevi Maltada keçiriləcək ən yaxşı futbol hakimlər üçün seminara dəvət edib. SportLine.az xəbər verir ki, 26-cı dəfə təşkil ediləcək tədbirdə Avropanın aparıcı hakimləri ilə yanaşı, yeni FİFA referiləri də iştirak edəcəklər.
Qeyd edək ki, üç gün davam edəcək təlimlər yanvarın 29-da start götürəcək.