UEFA-dan "Qarabağ"la bağlı paylaşım

UEFA "Qarabağ"ın Konfrans Liqasındakı geridönüşü ilə bağlı paylaşım edib.

Sportline.az xəbər verir ki, UEFA KL-in III turu çərçivəsində "Qarabağ" doğma meydanda Qazaxıstanın "Kayrat" klubunu məğlub edib - 2:1.

UEFA  "Twitter" səhifəsində "Son dəqiqələrdəki qalibiyyət bu deməkdir" başlığı ilə "Qarabağ"a həsr olunmuş paylaşım edib. Paylaşımda Abbas Hüseynovun vurduğu qoldan sonra göz yaşlarını saxlaya bilmədiyi epizod təqdim olunub.