UEFA Konfrans Liqasının bilet qiymətləri açıqlanıb

2024-cü il Konfrans Liqasının final oyunu üçün bilet qiymətləri açıqlanıb

Sportline.az Ajansspor.com-a istinadla xəbər verir ki, final biletlərinin qiymətləri belədir.

Türkiyə təmsilçisi “Fənərbağça”nın da çempionluq hədəflədiyi Konfrans Liqasının final oyunu üçün bilet qiymətləri açıqlanıb.
1.Kateqoriya 125 avro
2.Kateqoriya 85 avro
3.Kateqoriya 45 avro
Fiziki məhdudiyyətli insanlar üçün isə biletlərin qiyməti 25 avro olacaq.
Xatırladaq ki, UEFA Konfrans Liqasının finalı mayın 29-da Yunanıstanda yerləşən “Ayasofya Stadion”unda keçiriləcək.