UEFA Maksim Medvedevlə bağlı qərar qəbul etdi

UEFA "Kopenhagen" klubunun "Qarabağ"ın futbolçusu Maksim Medvedevlə bağlı şikayətini araşdırıb. SportLine.az xəbər verir ki, bu barədə Danimarka klubunun rəsmi saytı məlumat yayıb.

Xəbərdə şikayətin təmin olunmadığı bildirilib. 

Beləliklə, M.Medvedvə heç bir cəza verilməyib.

Xatırladaq ki, Görüşün 20-ci dəqiqəsində mübarizə vaxtı Maksim Medvedevin Pyer Benqtssonu qəsdən vurduğunu iddia edən "Kopenhagen", onun qırmızı vərəqə ilə cəzalandırılmalı olduğunu bildirib. Həmin vaxt isə italiyalı referi Paolo Talyavento epizoda heç bir reaksiya verməyib.