UEFA məşhur kluba ağır cərimə kəsdi
İtaliyanın "Roma" klubu UEFA tərəfindən 5 milyon avro məbləğində cəriməyə məruz qalıb.
Sportline.az Calciomercato nəşrinə istinadla xəbər verir ki, paytaxt klubu maliyyə feyr-pleyi qaydalarının pozulmasında təqsirləndirilir.
Romalılar iyunun 30-dək maliyyə kapitalını 28 milyon avrodan artıra bilməyiblər.
Klubun daha ciddi sanksiyalara da məruz qalacağı ilə bağlı xəbərlər dolaşır.
Joze Mourinyonun komandasının hətta avrokuboklardan uzaqlaşdırılması da gündəmdədir.