UEFA-nın ilk qadın vitse-prezidenti

Uelsli Laura Makallister tarixdə UEFA vitse-prezidenti təyin edilib.

Sportline.az xəbər verir ki, o, tarixdə qurumun ilk qadın vitse-prezidenti olub.

Digər vitse-prezident isə İtaliya Futbol Federasiyasının (FIGC) rəhbəri Qabriele Qravina seçilib.

Qeyd edək ki, 58 yaşlı MakAllister Uels qadın futbol komandasının keçmiş kapitanıdır. O, müdafiəçi kimi çıxış edib və millidə 24 oyun keçirib.

Xatırladaq ki, bu gün Aleksander Çeferin növbəti dəfə UEFA prezidenti seçilib.

Banner