UEFA prezidenti: "Rusiya idmançıları əziyyət çəkməməlidir"
UEFA prezidenti Aleksander Çeferin Rusiya və Belarus idmançılarına tətbiq olunan sanksiyalardan danışıb.
Sportline.az xəbər verir ki, sloveniyalı funksioner ölkəsinin "Vecer" nəşrinə açıqlamasında bildirib ki, onlar baş verənlərdə günahkar olmasalar da, özlərinə qarşı ayrı-seçkilik hiss edirlər.
O, idmançıların əziyyət çəkməməli olduğunu vurğulayıb: "Ona görə də yaxşı iradə nümayiş etdirmək və sanksiyaların Rusiya idmançılarına və ya rus xalqına qarşı yönəlmədiyini nümayiş etdirmək lazımdır".
Qeyd edək ki, FIFA və UEFA Ukraynaya hərbi müdaxilə səbəbindən Rusiya komandalarını öz bayraqları altında keçirilən turnirlərdən kənarlaşdırıb.