UEFA prezidentindən maraqlı bənzətmə

UEFA prezidenti Aleksandr Çeferin maraqlı bənzətmə ilə çıxış edib.

Sportline.az xəbər verir ki, o, mətbuata açıqlamasında Super Liqa ideyasına belə münasibət bildirib: "Kimsə utancından ölmədi. Avropa Süper Liqası ideyası Qırmızıpapağın nağılındakı qurda bənzəyir. Sizi yeməyə çalışır. Bu ideyanı fikirləşənlər futbolu xilas etmək istədiklərini deyirlər. Amma, bu, axmaq fikirdir".