UEFA "Qarabağ"ın oyununu onlara tapşırdı
Konfrans Liqasının qrup mərhələsinin sonuncu turunda keçiriləcək "Bazel" - "Qarabağ" oyunu üçün hakim təyinatları açıqlanıb.
Sportline.az xəbər verir ki, matçı Xorvatiya Futbol Federasiyasından Fran Yoviç idarə edəcək. Ona Hrvoye Radiç və Luka Puşiç köməklik göstərəcək. Dördüncü hakim funksiyasını İvana Martinçiç yerinə yetirəcək.
Qeyd edək ki, dekabrın 9-u keçiriləcək "Bazel" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 24:00-da başlayacaq.