UEFA "Qarabağ"ın legionerinin hər iki qolunu fərqləndirib

UEFA Konfrans Liqasının qrup mərhəələsinin II turunda vurulan ən yaxşı qollar açıqlanıb.

Sportline.az Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, "Qarabağ"ın futbolçusu Kadi Borgesin Kiprdə "Omoniya"ya vurduğu hər iki qol ən yaxşılar siyahısında göstərilib.

Daha əvvəl 24 yaşlı braziliyalının 52-ci dəqiqədəki uzun məsafədən dəqiq zərbəsini azarkeşlər həftənin ən yaxşı qolu adına layiq görüblər.

Qeyd edək ki, qarşılaşma "Qarabağ"ın 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.