UEFA "Qarabağ"ın son dəqiqələrdə buraxdığı qolu xatırladıb

UEFA Konfrans Liqasının rəsmi tviter hesabı növbəti dəfə "Qarabağ"la bağlı paylaşım edib.

Sportline.az xəbər verir ki, Avropa futbol qurumu Kiprin "Omoniya" klubunun Bakıda Azərbaycan təmsilçisinə uzaq məsafədən vurduğu qolu yayımlayıb.

Postda "Jordi Qomes bunu 90-cı dəqiqədə edib" yazılıb.

Qeyd edək ki, "Qarabağ" - "Omoniya" görüşü 2:2 hesablı heç-heçə ilə başa çatıb. "Köhlən atlar" dekabrın 9-da UEFA Konfrans Liqasının qrup mərhələsinin sonuncu - VI tur matçında İsveçrədə "Bazel"in qonağı olacaq. Hər iki kollektiv H qrupunda 11 xala malikdir və pley-offa vəsiqəni təmin edib. Ağdam təmsilçisi yalnız qələbə sayəsində qrup lideri ola və 1/8 finala yüksələ bilər.