UEFA Rusiya klubları ilə bağlı rəsmi qərar verdi
UEFA Rusiya klublarını avrokuboklardan uzaqlaşdırıb.
Sportline.az xəbər verir ki, bu barədə qitənin ali futbol qurumunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, bu ölkənin klubları 2022/203 mövsümündə avrokuboklarda iştirak etməyəcək.
Rusiya millisi də UEFA Millətlər Liqasının 2022/2023 mövsümündən kənarlaşdırılıb. Ruslar B Divizionunun B qrupunda İslandiya, İsrail və Albaniya ilə qarşılaşmalı idi. Komanda avtomatik olaraq qrupda sonuncu yeri tutacaq və Millətlər Liqasının növbəti mövsümündə C Divizionunda yarışacaq.
Rusiyanın AVRO-2028 və AVRO-2032-nin ev sahibliyi üçün etdiyi müraciət də geri çevrilib.