UEFA "Tottenhem"lə bağlı qərar verdi

UEFA İngiltərənin "Tottenhem" klubuna texniki məğlubiyyət verib.

Sportline.az xəbər verir ki, buna London təmsilçisinin Konfrans Liqasının qrup mərhələsinin VI turunda Fransa "Renn"i ilə görüşə çıxmamasıdır.

Dekabrın 9-da keçirilməli olan qarşılaşma "Tottenhem"də koronavirusa kütləvi yoluxma üzündən baş tutmayıb.

Qeyd edək ki, bu nəticədən sonra G qrupunda birinci yeri 14 xalla "Renn" tutub. İkinci yer 10 xala malik Niderland "Vitess"inə qismət olub. Hər iki komanda növbəti mərhələyə yüksəlib. 7 xala malik "Tottenhem" və 3 xalı olan Sloveniya "Mura"sı isə sonrakı pillələri tutduqları üçün qrupda qalıblar.